Press "Enter" to skip to content

Nazirin Zərdabda vətəndaş qəbulu

Nazirin Zərdabda vətəndaş qəbulu

Son yeniləmə: 20 Oktyabr 2025

BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 17 oktyabrda Zərdab şəhərində Ağcabədi, Ucar, Göyçay, Kürdəmir və Zərdabrayonlarının sakinlərini qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib”.

Daha sonra xəbərdə, “vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda oktyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Mission News Theme by Compete Themes.