Press "Enter" to skip to content

Proqramdan faydalanacaq tələbələr üçün püşkatma müəyyənləşib

Püşkatma zamanı

BAYRAQDAR MEDİA – 2024-cü ildə ilk dəfə tətbiq olunan İŞKUR Gənclik Proqramı çərçivəsində Anadolu Universitetində işləyəcək tələbələr püşkatma yolu ilə seçilib.

Bu barədə univeristetdən məlumat verilib.

Bildirilib ki, “Anadolu Universiteti Dövlət Konservatoriyasının Koral Çalğan salonunda keçirilən püşkatma mərasimində Eskişehir 4-cü notari Belkıs Akın, Baş katib Ecevit Öksüz, Baş katib müavini və SKS şöbə müdiri Abdurrahman Şafak, İŞKUR rəhbərləri və çoxsaylı tələbələr iştirak ediblər. Baş katib E.Öksüz çıxışında bildirib ki, İŞKUR Gənclik Proqramı tələbələrə yalnız müvəqqəti məşğulluq deyil, həm də iş həyatını yaxından tanımaq imkanı yaradır”.

Məlumata əsasən, 2025-ci ildə Anadolu Universiteti ilə Eskişehir İŞKUR-un əməkdaşlığı çərçivəsində həyata keçirilən proqrama 4 min 106 tələbə müraciət edib. Püşkatmanın nəticəsində 1 min 179 tələbə əsas namizəd kimi seçilib. Seçilən tələbələr noyabrın 3-də işlərinə başlayacaqlar.

Mission News Theme by Compete Themes.