Press "Enter" to skip to content

Sahibkarlarla görüş keçirilir

Naxçıvan

BAYRAQDAR MEDİA – Oktyabrın 17-də Şərur şəhərində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçiriləcək.

Bu barədə verilən məlumata görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, sahibkarlar, investorlar, bank sektorunun təmsilçiləri, fermerlər, kiçik və orta biznesin (KOB) nümayəndələri iştirak edəcəklər: “Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edəcəklər”.

Tədbirin məqsədi sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, mövcud problemlərin müzakirəsi və dövlət-sahibkar əməkdaşlığının gücləndirilməsidir.

Mission News Theme by Compete Themes.