Press "Enter" to skip to content

“Uzbekistan Airways” təyyarəsi Bakıya məcburi eniş edib

"Uzbekistan Airways" təyyarəsi Bakıya məcburi eniş edib

BAYRAQDAR MEDİA – “Uzbekistan Airways” aviaşirkətinə məxsus, İstanbul–Ürgənc marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu göndərib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aeroportun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Airbus A320 tipli təyyarə yerli vaxtla saat 17:26-da Bakı aeroportunda uğurla eniş edib. Dərhal sonra tibbi xidmət heyət hadisə yerinə cəlb olunub və sərnişinə ilkin tibbi yardım göstərilib”.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bütün fövqəladə və təxirəsalınmaz hallarda operativ reaksiya vermək imkanına malikdir və sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq standartlara uyğun prosedurlar həyata keçirir.

Mission News Theme by Compete Themes.