Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək
BAYRAQDAR MEDİA – Oktyabrın 19-20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçiriləcək. Forumun rəsmi açılış mərasimi oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.
Məlumata görə, forum çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, ““Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər”, “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirələri təşkil olunacaq.
Forum bədii hissə ilə başa çatacaq.





