BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gəlib.
Bu haqda xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, “Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçısını Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev qarşıladı. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi”.





