Press "Enter" to skip to content

Nazirlərin 2-ci iclası keçiriləcək

BAYRAQDAR MEDİA – 23-24 oktyabr tarixlərindəBakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ciiclasıkeçiriləcək.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, iclasın keçirilməsində məqsəd TDT ölkələri arasında sənaye, elmi tədqiqat,innovasiya, texnologiya, investisiya, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsidir: “Toplantı çərçivəsində oktyabrın 23-də TDT ölkələrinin aidiyyəti qurumlarının nümayəndə heyətlərinin iştirakı ilə işçi qrupun iclası keçiriləcək. İclasdaFəaliyyət Planında nəzərdə tutulan təşəbbüslər və onların icrası üzrə gələcək addımlarla bağlı fikir mübadiləsi aparılacaq”.

Oktyabrın 24-də TDT-ninSənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclasıçərçivəsində sənaye və texnologiyalar sahəsində strateji tərəfdaşlıq istiqamətləri, elm, innovasiya, investisiya, kiçik və orta sahibkarlıq və digər istiqamətlərdə əməkdaşlıq mexanizmləri müzakirə olunacaq.

Mission News Theme by Compete Themes.