Press "Enter" to skip to content

Recep Tayyip Erdoğandan təbrik

Recep Tayyip Erdoğan

BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) keçirilən seçkilərdə qələbə qazanan Tufan Erhürmanı təbrik edib.

Bu barədə kibrispostası.com saytı məlumat yayıb.

Məlumata görə, R.T.Erdoğan sosial şəbəkələrdə paylaşım edərək Ankaranın “bütün platformalarda KKTC-nin suveren hüquq və maraqlarını müdafiə etməkdə qətiyyətli olduğunu” vurğulayıb.

Paylaşımda deyilir: “KKTC Mərkəzi Seçki Komissiyasının qeyri-rəsmi məlumatlarına əsasən, KKTC-nin Cümhurbaşqanı seçilmiş Tufan Erhürmanı təbrik edirəm. Bazar günü keçirilən seçkilər KKTC-nin demokratik yetkinliyini bir daha nümayiş etdirdi və Kıbrıs türklərinin iradəsini əks etdirdi. Ümid edirəm ki, bu seçkilərin nəticələri ölkələrimizin və ümumilikdə regionun inkişafına töhfə verəcək”.

Mission News Theme by Compete Themes.