Press "Enter" to skip to content

Tanınmış aktyorun yubileyi qeyd olunub

Tanınmış aktyorun yubileyi qeyd olunub

BAYRAQDAR MEDİA – Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Qızıl toy” (Oqtay Kazımi, Ramiz Heydər) tamaşası oynanılıb. Bu dəfə səhnə əsəri teatrın tanınmış aktyoru Əməkdar artist Əzizağa Əzizovun 65 illik yubileyi münasibətilə təqdim olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “aktyorun həyat və yaradıcılığı barəsində tamaşaçılara ətraflı məlumat verən sözügedən Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova teatr rəhbərliyi və kollektiv adından yubiliyarı təbrik edib, eyni zamanda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanını ona təqdim edib”.

Sonra xəbərdə, “milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 65 illik yubileyi münasibəti ilə Ə.Əzizovu təbrikə gələn sənət dostları, teatrsevərlər ona xoş arzularını bildiriblər. Qeyd edək ki, ömrünün 40 ilini teatr sahəsinə həsr edən aktyor bu səhnə əsərində Rəhim obrazını canlandırır. Onunla yanaşı, tamaşada əməkdar artistlər Svetlana Bulax, Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Eleonora Mustafayeva, Şaban Cəfərov, Yuliya Heydərova, Gülnarə Əzizova, Əliməmməd Novruzov, Fərid Rzayev, həmçinin xor və balet artistləri də iştirak ediblər” deyə bildirilir.

Mission News Theme by Compete Themes.