BAYRAQDAR MEDİA – Oktyabrın 19-da “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları Xocalının Ballıca kəndində ağacəkmə aksiyası keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.
Məlumata görə, torpaq və yerli iqlim şəraitinə uyğun ağaclar əkilib: “Aksiya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını itirən şəhidlərin əziz xatirəsinə ithaf edilib”.





