Press "Enter" to skip to content

Bu, yeni mərhələyə yüksəlmədir

Tural Əliyev çıxış edərkən

Tural Əliyev: Bu gün Azərbaycanda dövlət- QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulur

BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycanda dövlət- QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulur. Bu, yeni mərhələyə yüksəlmədir. Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır”.

Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumundakı çıxışı Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev deyib.

Onun sözlərinə görə, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır: “COP29 dövründə 137 ölkədən BMT statuslu 1023 QHT-nin Azərbaycanın lehinə bəyanat verməsi ilk dəfə baş verən tarixi hadisə idi. Prosesin davamı olaraq, 115 ölkədən nüfuzlu QHT-lərin iştirakı ilə 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Qlobal Cənubda dünya əhalisinin 80 faizi yaşayır, bu ucsuz-bucaqsız regionun vətəndaş cəmiyyətini ilk dəfə məhz Azərbaycan QHT-ləri birləşdirə bildi. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsü dünyanın 3/2 hissəsini əhatə edən bölgədə beynəlxalq dəstək qazandı. Bakı Qlobal Cənub QHT Platformasının daimi mənzil qərargahına çevrildi”.

T.Əliyev deyb ki, bu gün Qlobal Cənub QHT Platforması Qlobal Şimalla müqayisədə beynəlxalq təşkilatlarda məhdud təmsilçiliklə razılaşmır, iştirakını artırmağa çalışır: “Platformaya rəhbərliyin Azərbaycan QHT-lərinə həvalə edilməsi tarixi imkanlar açır. Verilən məlumatlara görə, 2026-cı ilin mayında Qlobal Cənub QHT Platformasının Baş Assambleyası da Bakıda keçiriləcək. Dünya müsəlmanlarının 60%-nin yaşadığı, İslam Səkkizliyi adlanan D8 ölkələrinin QHT-lərinin də ilk görüşünü Azərbaycan QHT-ləri təşkil etdi. Bu il ilk dəfə dost və qardaş ölkə – Özbəkistanla birgə Azərbaycan və özbək QHT-ləri üçün birgə qrant müsabiqəsi elan olunacaq. Bu, 2023-cü ildə Füzulidə, 2024-cü ildə Daşkənddə iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının keçirdiyi forumlarda qurulmuş münasibətlərin məhsuludur”.

Mission News Theme by Compete Themes.