Press "Enter" to skip to content

Milli maraqların müdafiəsində Azərbaycan QHT-ləri vahid mövqedən çıxış etdilər

Tural Əliyev

Tural Əliyev: Azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi rəmzi məna daşıyır

BAYRAQDAR MEDİA – “Azad Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi rəmzi məna daşıyır. Vətən müharibəsindən ötən 5 ilin təhlili onu göstərir ki, bu dövr ərzində Azərbaycan vətəndaş cəmiyyəti qaya kimi möhkəm dayandı, onu parçalamaq cəhdləri uğursuzluqla nəticələndi. Milli maraqların müdafiəsində Azərbaycan QHT-ləri vahid mövqedən çıxış etdilər, şəxsi mənafeləri kənara qoydular”.

Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumundakı çıxışı Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev deyib.

T.Əliyev bildirib ki, 2022-ci ilin dekabrında Azərbaycan QHT-ləri Şuşada Xankəndi-Laçın yolunda post qurmuşdular: “Bu, Azərbaycan tarixinə ən uzunmüddətli və fasiləsiz davam etmiş etiraz aksiyası kimi düşdü – 138 günün hər səhifəsi mübarizədə keçdi, hər gün onun sıraları, sosial tərkibi genişləndi və möhkəmləndi. 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası əməliyyatı bu mühüm prosesin məntiqi sonluğu oldu. 2 il əvvəl – oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdı. Erməni seperatçılığının tabutuna son mismar da məhz Xankəndidə vuruldu”.

Mission News Theme by Compete Themes.