Press "Enter" to skip to content

Nazir ABŞ-də təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Nazir ABŞ-də təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

BAYRAQDAR MEDİA – Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə ABŞ-yə səfəri çərçivəsində bu ölkədə təhsil alan 90-a yaxın azərbaycanlı tələbə ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Corc Vaşinqton Universitetində keçirilən görüşdə nazir Azərbaycanda elm və ali təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, ABŞ universitetləri ilə birgə ikili diplom proqramları, elmi müəssisələrin fəaliyyətinin inkişafı və digər aktual məsələlər barədə tələbələrə məlumat verib. Görüş zamanı E.Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, onların akademik və elmi fəaliyyət perspektivləri müzakirə olunub”.

Nazir gəncləri təhsillərini başa vurduqdan sonra Azərbaycanın əmək bazarına, eləcə də elm və ali təhsil mühitinə öz töhfələrini verməyə çağırıb.

Mission News Theme by Compete Themes.