Press "Enter" to skip to content

Nazirin Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüşü

Nazirin Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüşü

BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astanaya səfər çərçivəsində Qazaxıstanın dövlət aktivlərinin idarə edilməsi məqsədilə təsis edilən “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.

 Xəbərdə deyilir ki, “görüş zamanı “Samruk-Kazyna” Holdinqi ilə AZCON Holding arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr, o cümlədən nəqliyyat-logistika və telekommunikasiya sahələrində tərəfdaşlıq imkanları müzakirə edilib”.

Mission News Theme by Compete Themes.