Press "Enter" to skip to content

Qarabağ səmasında ilk dəfə açıq kosmik müşahidə aparılıb

Teleskoplarla kosmos müşahidə edilib

BAYRAQDAR MEDİA – Oktyabrın 19-da Xankəndidə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun iştirakçıları teleskoplarla kosmosu müşahidə edib.

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi və “Tusi-Bohm Planetarium”un xətti ilə təşkil olunan astronomik müşahidədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nümayəndələri iştirakçılara müvafiq izahlar verib.

Məlumata əsasən, Xankəndinin mərkəzi meydanında quraşdırılmış teleskoplar vasitəsilə Günəş sisteminin ən möhtəşəm planetlərindən biri sayılan Saturn nümayiş etdirilib: “Saturn — halqaları ilə tanınan, bənzərsiz gözəlliyə malik planet kimi “Günəş sisteminin incisi” adlandırılır. Bu, Qarabağ səmasında həyata keçirilən ilk açıq kosmik müşahidə kimi tarixə düşüb. Forum iştirakçılarına astronomiyanın əsas prinsipləri, kainatın quruluşu və planetlərin xüsusiyyətləri barədə məlumat verilib”.
Astronomik müşahidə böyük maraqla qarşılanıb.

Mission News Theme by Compete Themes.