Press "Enter" to skip to content

QHT-lərin bilik və bacarıqları artırılıb

Xatirə fotosu

Şuşada “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” başa çatıb

BAYRAQDAR MEDİA – Oktyabrın 19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” başa çatıb.

Aygün Əliyeva çıxış edərkən
Aygün Əliyeva çıxış edərkən

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Bildirilib ki, “2 gün davam edən təlimlərdə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb”.

Tədbir zamanı
Tədbir zamanı

Məlumata əsasən, təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunub.
Xəbərdə o da xatırladılıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan və Şamaxı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib.

Sertifikat alanlardan bir qismi
Sertifikat alanlardan bir qismi

Beləliklə, son proqram da daxil olmaqla, indiyədək bu proqramlarda iştirak edən QHT təmsilçilərinin sayı 600 nəfərə çatıb.

CASCFEN sədri Nadir Azəriyə sertifikat təqdim edilərkən
CASCFEN sədri Nadir Azəriyə sertifikat təqdim edilərkən

Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.

Onu da bildirək ki, təlim iştirakçıları arasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri də var.

Mission News Theme by Compete Themes.