Press "Enter" to skip to content

Əməkdaşlıq forumları QHT sektoru üçün mühüm önəm kəsb edir

Aygün Əliyeva

BAYRAQDAR MEDİA – “Qlobal Cənub QHT Platformasının yaradılması Azərbaycan QHT-lərinin beynəlxalq etimad qazanmasında dönüş nöqtəsi olub. Bu təşəbbüsə 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 nümayəndə imza ilə dəstək verib. Bundan başqa, Agentlik dövlət-özəl-QHT əməkdaşlığının ilk nümunələrini yaradıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qarabağ Dirçəliş Fondu və bp ilə uğurlu əməkdaşlıq həyata keçirilib”.

Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumundakı çıxışı zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.

İcraçı direktor bildirib ki, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq forumları QHT sektoru üçün mühüm önəm kəsb edir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ikinci forumdan keçən dövr ərzində QHT-lərin dəstəyi ilə 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz nəticə ilə yekunlaşdırıb”.

Mission News Theme by Compete Themes.