Press "Enter" to skip to content

Şəhidin ailəsi ziyarət olunub

Şəhidin ailəsi ziyarət olunub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov şəhid Elkiyar Məmmədovun Sabunçu rayonunda yaşayan ailəsini ziyarət edib, şəhidin övladları Abdulla, Damla Duyğu ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu E.Məmmədov Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Onun ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Şəhidin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib. Şəhidin həyat yoldaşı ƏƏSMN tərəfindən üçotaqlı tam təmirli mənzillə təmin olunub”.

Görüş zamanı şəhidin müharibə zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub. Bütün şəhidlər kimi, E.Məmmədovun da əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağı vurğulanıb.

Ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı qeyd olunub.

Mission News Theme by Compete Themes.