BAYRAQDAR MEDİA – 2025-ci il “TRT Gələcəyin Kommunikatorları” müsabiqəsinin qalibləri müəyyənləşib. Anadolu Universitetinin tələbələri müxtəlif sahə və kateqoriyalarda mükafata layiq görülərək mühüm uğura imza atıblar.
Bu barədə universitetdən məlumat verilib.
Məlumatda deyilir: “Nəticələrə əsasən, Radio Yayımçılığı kateqoriyası üzrə Radio Dramı bölməsində Səhiyyə Elmləri Fakültəsinin tələbəsi Gonca Nur Yorğun birinci yeri, Vizual Yayımçılıq kateqoriyası üzrə Sənədli Film bölməsində İctimaiyyətlə Əlaqələr Fakültəsinin tələbəsi Ertürk Arda Aslankaya ikinci yeri, Rəqəmsal Yayımçılıq kateqoriyası üzrə Podcast bölməsində isə İctimaiyyətlə Əlaqələr Fakültəsinin tələbələri Eylul Özipek və Onur Kavalcıoğlu “TRT Xüsusi Mükafatı”nı qazanıblar”.





