Press "Enter" to skip to content

Elman Cəfərli: Vətəndaş cəmiyyətində keyfiyyət dəyişikliyi baş verib

Elman Cəfərli (sağda)

BAYRAQDAR MEDİA – 2025-ci il oktyabrın 19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” keçirilib. Vətəndaş cəmiyyəti fəalları 3 gün davam edən Şuşa və Xankəndi tədbirlərindən xoş təəssüratlarla qayıdıblar.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli BAYRAQDAR MEDİA-ya açıqlamasında bildirib ki, QHT-lərin VI İnkişaf və Mübadilə proqramı çərçivəsində keçirilən təlimlərdən razı qalıb: “Mən bundan öncə təşkil edilmiş QHT-lərin VI İnkişaf və Mübadilə proqramlarının heç birində iştirak etməmişdim. Amma Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin yönləndirdiyi, ötən il ADA universitetində keçirilən təlimlərə qatılmışdım və çox faydalanmışdım. Şuşada şəhərində keçirilən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” mənim üçün bir çox cəhətdən yenilik oldu. Bəzi insanlar, xüsusən QHT sektorunda çoxdan olan insanlar təlimlərə barmaqrası baxır, “bu yaşdan sonra nə öyrənəcəm” deyirlər. Amma mən belə düşünmürəm. İnsan hər yaşda öyrənməlidir. Təlimlərdə layihələrin hazırlanması, icra mərhələsində qarşıya çıxan risklərin həll edilməsi ilə bağlı yeni bilgilər öyrəndim. Ümumilikdə bu təlim mənə çox şey qazandırdı. Vətəndaş cəmiyyətində peşəkar və təcrübəli insanlarla tanış oldum. Ən əsası sektora yeni gəlmiş istedadlı, kreativ düşüncəli gəncləri tanıdım. Bizə bu fürsəti verən insanlara, təşkilatçılara təşəkkür edirəm”.

QHT rəhbəri qeyd edib ki, tədbirlərin və asudə vaxtın mükəmməl təşkilində əməyi keçən insanların fədakarlığını xüsusi vurğulamaq lazımdır: “Başda Aygün xanım olmaqla Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşları 3 gündə bütün qayğılarımızla maraqlandılar, təlimin və tədbirlərin qüsursuz keçməsi üçün əllərindən gələni etdilər. Bu cür proqramlar vətəndaş cəmiyyətinin inkişafına töhfə verir, QHT sektorunda peşəkarlığın artmasına səbəb olur”.

Elman Cəfərlinin fikrincə, son 5 ildə QHT-lərin fəaliyyətlərində və ictimai hesabatlılıq səviyyəsində mühüm dəyişikliklər baş verib: “Üçüncü sektorda peşəkarlıq artıb, ən əsası vətəndaş cəmiyyətindəkeyfiyyət dəyişikliyi baş verib. Şuşa və Xankəndi tədbirlərində yeni bacarıqlı insanlar gördüm. Bu istedadlı, xarici dil bilgili gənclər vətəndaş cəmiyyətini daha da irəli aparacaq, QHT-lərin beynəlxalq əlaqələrini möhkəmləndirəcəklər. Bu vəziyyətin yaranması Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin son illər apardığı məqsədyönlü işlərin nəticəsidir”.

Mission News Theme by Compete Themes.