Press "Enter" to skip to content

Nazir “Birlik – 2025” təlimində iştirak edən heyətlə görüşüb – VİDEO

Görüş zamanı

BAYRAQDAR MEDİA – Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Birlik – 2025” birgə regional təlimində ölkəmizi təmsil edən hərbi qulluqçularla görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, keçirilən təlimin ölkələrimiz arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib: “General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.

Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq “Birlik – 2025” birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib”.

Mission News Theme by Compete Themes.