Press "Enter" to skip to content

QHT sektoru artıq yeni keyfiyyət qazanıb

Zaur İbrahimli

Zaur İbrahimli: Qlobal Cənub QHT Platformasının yaradılması, rəhbərliyinin ölkəmizə həvalə milli QHT sektorunun, Azərbaycan Milli QHT Forumunun artan potensialını, gücünü nümayiş etdirdi

BAYRAQDAR MEDİA – “QHT sektoru artıq xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilməsinə effektiv yardım göstərməyə qədər inkişaf edib, yeni keyfiyyət qazanıb. Qlobal Cənub QHT Platformasının yaradılması, rəhbərliyinin ölkəmizə həvalə milli QHT sektorunun, Azərbaycan Milli QHT Forumunun artan potensialını, gücünü nümayiş etdirdi. Bu onu göstərir ki, əsas məqsədlərdən birinə – QHT-lərin inkişaf siyasətinin milli inkişaf prioritetlərinə uyğunlaşdırılmasına nail olunub. Artıq inamla deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə hər bir azərbaycanlı qürur duya bilər”.

Bunu Xankəndi şəhərində keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panelindəki çıxışında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib.

Z.İbrahimli Ekvadorun sabiq xarici işlər naziri Luis Gallegos-un Qlobal Cənub QHT Platforması barədə fikrindən sitatı xatırladıb: “Siz qurduğunuz bu platforma ilə fəxr edə bilərsiniz. Uzun illərdir ki, Qlobal Cənubun birləşdirilməsi məsələsindən danışılır. Nəhayət ki, Azərbaycan liderliyi əlinə götürüb sözdən əmələ keçdi. Bundan sonra sizi məsuliyyətli bir dövr gözləyir”.

Mission News Theme by Compete Themes.