Press "Enter" to skip to content

“Sarsılmaz Tərəfdaşlıq-2025” təlimi – VİDEO

"Sarsılmaz Tərəfdaşlıq-2025" təlimi

BAYRAQDAR MEDİA – İkitərəfli əməkdaşlıq planına əsasən Azərbaycanda Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “oktyabrın 21-də təşkil edilən təlimin təntənəli açılış mərasimində Azərbaycanın və BƏƏ-nin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb. Tədbirdə XTQ komandanı general-mayor Ələkbər Cahangirov çıxış edərək bildirib ki, təlimin əsas məqsədi iki ölkənin XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsi, praktiki vərdişlərin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hərbi qulluqçuların peşəkar inkişafına xidmət etməkdir”.

Sonra xəbərdə, “təlim iştirakçıları real döyüş şəraitinə uyğunlaşdırılmış ssenarilər üzrə qarşılıqlı koordinasiya və idarəetmə bacarıqlarını praktiki olaraq inkişaf etdirəcəklər. Taktiki fəaliyyətlər zamanı iştirakçılar manevr qabiliyyətini, çeviklik və liderlik vərdişlərini təkmilləşdirəcək, eləcə də hər iki ölkənin xüsusi təyinatlılarının təcrübəsindən bəhrələnərək, tətbiq edilən forma və üsulları mənimsəyəcəklər. Sonra təlim iştirakçıları üçün yaradılmış şəraitə baxış keçirilib” deyə bildirilir.

Qeyd edək ki, zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi təlimdə bölmələr döyüş taktikaları üzrə atəş, desantlaşma, snayper fəaliyyəti, düşmən obyektlərinin sıradan çıxarılması, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirəcəklər.

Mission News Theme by Compete Themes.