BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və CineMastercard kinoteatrlar şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid övladları və Vətən müharibəsi əlillərinin kinoteatra səfəri təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbir Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin yad edilməsi, uşaqlara vətənə sevgi, dövlətə sədaqət və milli qürur hisslərinin aşılanması, həmçinin nəsillər arasındakı mənəvi bağın gücləndirilməsi məqsədi daşıyır. Xoş təəssüratlarla yadda qalan tədbirdə ümumilikdə 20-yə yaxın şəhid övladı və Vətən müharibəsi əlili iştirak edib”.
Həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyasına dəstək olmaqla yanaşı, onların cəmiyyətə inteqrasiyasına töhfə verən bu kimi görüşlər mütəmadi təşkil edilir.





