Press "Enter" to skip to content

Tərtərdə maarifləndirici tədbir keçirilib 

Tədbirdən foto

BAYRAQDAR MEDİA – “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu” adlı layihəsi çərçivəsində növbəti tədbirini Tərtər Şəhər 2 Saylı Məktəb-liseydə keçirib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, ənənəvi olaraq tədbir Azərbaycan dövlət himninin səslənməsi və ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra başlayıb: “Sonra QHT sədri Könül Quliyeva tədbir iştirakçılarına layihə haqqında məlumat verib. Daha sonra Tərtər Şəhər 2 Saylı Məktəb-liseyin direktoru Gülarə Ələkbərova, Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatında Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova, dil, ədəbiyyat müəllimələri Gülçöhrə Kərimova, Məhbubə Əzizova və liseyin şagirdləri, tədbirdə iştirak edən valideynlər də çıxış edərək fikir və təkliflərini bildiriblər. Onlar qeyd ediblər ki, gənclərin milli-mənəvi dəyərlərin aşılanması ruhunda təhsil almaları və bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsi zamanın tələbidir”.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, mövzu ilə bağlı səsləndirilən fikir və təkliflər sistemləşdirilib.

Mission News Theme by Compete Themes.