Press "Enter" to skip to content

Vətəndaş cəmiyyəti dəyərlər infrastrukturunu formalaşdırmalıdır

Əliməmməd Nuriyev

Əliməmməd Nuriyev: Azərbaycan vətəndaş cəmiyyəti indi artıq dövlət qərarlarının formalaşmasında bilik, təhlil və alternativ ideya mərkəzi kimi çıxış etməlidir

BAYRAQDAR MEDİA – “Azərbaycan QHT-lərinin Xankəndidə bir araya gəlməsi simvolik hadisə olmaqla yanaşı, vətəndaş cəmiyyətinin inkişafında yeni funksional mərhələnin başlanğıcını göstərir”.

Bunu Xankəndidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumundakı çıxışında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, bu mərhələdə vətəndaş cəmiyyəti artıq dövlətin sosial tərəfdaşı olmaqla kifayətlənməməli, dəyərlər infrastrukturunun formalaşdırıcısı kimi çıxış etməlidir: “Əsas inkişaf istiqamətlərindən biri inkişaf proseslərində, strateji planlaşdırmada QHT sektorunun təsirinin, iştirakçılığının və rolunun gücləndirilməsi olmalıdır. Azərbaycan vətəndaş cəmiyyəti indi artıq dövlət qərarlarının formalaşmasında bilik, təhlil və alternativ ideya mərkəzi kimi çıxış etməlidir. Layihə yönümlü fəaliyyətin yerini proses yönümlü sistem almalıdır. İkinci istiqamət dövlət-cəmiyyət münasibətlərində məsul tərəfdaşlıq modelinə keçidin mərhələ-mərhələ reallaşdırılması olmalıdır. Yeni mərhələdə dövlət və QHT münasibətləri “idarə olunan iştirakçılıq” modelindən “məsul tərəfdaşlığa” doğru inkişaf etməlidir. Üçüncü magistral istiqamət rəqəmsal transformasiyada tərəfdaşlıq və birgə iştirakçılıqdır. QHT sektorunun ictimai əxlaq və mənəvi təhlükəsizlik məsələlərində də daha fəal rol alması vacibdir. Dördüncü vacib istiqamət ictimai əxlaq və mənəvi təhlükəsizlik məsələlərində QHT sektorunun fəal, yaradıcı iştirakına nail olmaq, əsas aktorlardan birinə çevrilməsidir”.

Mission News Theme by Compete Themes.