Press "Enter" to skip to content

Xarici bazarlara pomidor ixracının həcmi artıb

Kənd Təsərrüfatı Nazirliyi

BAYRAQDAR MEDİA– Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları sırasında pomidor öz xüsusi çəkisini qoruyur. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycandan xarici bazarlara pomidor ixracı əhəmiyyətli dərəcədə artıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 144 min 029,4 ton pomidor ixrac olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz çoxdur. İlin ilk doqquz ayında Azərbaycandan xarici bazarlara ixrac olunan pomidorun dəyərində 12,6 faizlik artım qeydə alınıb. Bu müddətdə ixracın ümumi dəyəri 157 min 171,6 min ABŞ dolları təşkil edib. Xarici bazarlara pomidor ixracı dinamik şəkildə davam edir”.

Mission News Theme by Compete Themes.