Press "Enter" to skip to content

15 illik fəaliyyətin dəyərləndirilməsi

Görüşdən xatirə fotosu

“SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş.” şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 15 və Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə media təmsilçiləri ilə görüş keçirilib

BAYRAQDAR MEDİA – Oktyabrın 23-də Azərbaycan Milli Mətbuatının 150 illiyi və “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş.” şirkətinin Azərbaycanda fəaliyyətə başlamasının 15 illiyi münasibətilə jurnalistlərlə görüş təşkil olunub. Tədbirdə çıxış edən Türkiyədəki şirkətlər qrupunun qurucusu Mustafa Demirmenci öncə media təmsilçilərini Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təbrik edib.

Serkan Kamer və Tuğba Kamer media təmsilçilərini məlumatlandırarkən
Serkan Kamer və Tuğba Kamer media təmsilçilərini məlumatlandırarkən

O, çıxışında “2025-ci il həm Azərbaycan Milli Mətbuatının 150 illiyi, həm də Azərbaycan Ordusunun Qarabağda qazandığı Zəfərin 5 illiyidir. Bu münasibətlə hər kəsi ürəkdən təbrik edirəm,” – deyib.

Sonra media təmsilçiləri ilə süfrə arxasında işgüzar söhbət edilib, şirkət təmsilçiləri sualları cavablandırıblar.

Daha sonra jurnalistlər şirkətin ofisini ziyarət edərək ““SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş.”nin fəaliyyəti ilə yaxından tanış olublar.

Şirkət öz fəaliyyətini "Bir millət iki dövlət" fəlsəfəsinə uyğun qurub
Şirkət öz fəaliyyətini “Bir millət iki dövlət” fəlsəfəsinə uyğun qurub

Tanışlıq zamanı media təmsilçilərini məlumatlandıran şirkətin İctimaiyyətlə Əlaqələr üzrə Marketinq Direktoru Tuğba Kamer qeyd edib ki, “SBC Otomasyon Sistemləri Sənaye və Ticarət A.Ş.” artıq 15 ildir Azərbaycanda uğurla fəaliyyət göstərir: “SBC Otomasyon Sistemleri Sanayi ve Ticaret A.Ş”nin Azərbaycandakı filialı 15 il öncə, 2010-cu il avqustun 26-dan etibarən fəaliyyətə başlayıb. Şirkət avtomatlaşdırma sistemlərinin qurulması, yenilənməsi və texniki xidmət sahəsində ixtisaslaşıb. Serkan Kamer Cemal oğlu şirkətin Azərbaycanda qurucusu və direktoru kimi bu gün də şirkətin idarə olunmasında aktiv iştirak edir, strateji qərarların qəbulunda və gündəlik fəaliyyətin təşkilində əsas rolu oynayır. Onun rəhbərliyi ilə şirkət Azərbaycanda avtomatlaşdırma sahəsində uğurla fəaliyyət göstərməkdədir”.

Serkan Kamer deyir ki, bu Qarabağ atının portretinin gözəl bir xatirəsi var
Serkan Kamer deyir ki, bu Qarabağ atının portretinin gözəl bir xatirəsi var

Daha sonra media təmsçilçiləri ilə işgüzar söhbət edən Serkan Kamer deyib ki, şirkət bina idarəetmə sistemləri, montaj və nəzarət xidmətləri, yaşıl bina sertifikatlaşdırılması, eləcə də bina və otaq avtomatlaşdırılması sahələrində yüksək keyfiyyət və peşəkarlıqla xidmət göstərir: “Şirkət eyni zamanda avtomatlaşdırma sistemlərinin qurulması və ya mövcud sistemlərin modernləşdirilməsi ilə müştəriləri maliyyə qənaəti, yüksək performans və təhlükəsizliklə təmin edir”.

İşgüzar səhər yeməyindən foto
İşgüzar səhər yeməyindən foto

Direktor onu da deyib ki, şirkət, həm yerli, həm də beynəlxalq miqyasda bir çox prestijli layihələrdə iştirak edib: “Otellər, ticarət mərkəzləri, biznes mərkəzləri, laboratoriyalar və dövlət obyektləri kimi müxtəlif istiqamətləri əhatə edən layihələr mövcuddur. Bu illər ərzində şirkət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Park Bulvar AVM, JW Marriott Hotel, Kristal Hall, Mərkəzi Klinika, Marriott Boulevard Hotel, Port Baku Tower-1 və 2, BP Khazar Center, Bakı Olimpiya Stadionu, Şahdağ Pik Palace Hotel, Şahdağ Park Chalet Hotel, Crescent Mall, Crescent City Tower, Crescent Place Tower, CB-11 Biznes Mərkəzi (2020), Passage Mall (Piyada keçidi və ictimai parking), Gateway Office Building və digər mühüm layihələrin etibarlı tərəfdaşına çevrilib”.

Görüşün sonunda xatirə fotosu çəkilib.

XATIRLATMA: Yazıda təqdim etdiyimiz həm ulu öndərlərin fotoları olan guşə, həm də Qarabağ atı rəsminin tarixçəsi, o cümlədən BAYRAQDAR MEDİA-nın suallarına verilən cavab, ən nəhayət şirkətin ofisinin divarlarını bəzəyən rəsmlərin müəllifi haqqında məlumat növbəti saylarımızdan birində təqdim edəcəyim reportajda öz əksini tapacaq.

Mission News Theme by Compete Themes.