BAYRAQDAR MEDİA – Energetika Nazirliyi (EN) enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə təsərrüfat subyektlərində, həmçinin binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyaları üzrə attestasiya elan edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “attestasiya təsərrüfat subyektlərində enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə 06.11.2025-ci il tarixində saat 12:00-da, binalarda (qurğularda) enerji auditinin keçirilməsi ixtisas kateqoriyası üzrə isə 07.11.2025-ci il tarixində saat 12:00-da EN-də təşkil ediləcək. Həmçinin enerji auditoru ixtisas attestatını əldə etmək istəyən maraqlı şəxslərin məlumatlandırılması və prosesin təşviqi məqsədilə 03.11.2025-ci il tarixində saat 12:00-da EN-də “Enerji auditi nədir? Kimlər enerji auditoru ola bilər?” mövzusunda infosessiya keçiriləcək”.
Ətraflı Nazirliyin rəsmi internet səhifəsində “Elanlar” bölməsindəki linkə daxil olaraq məlumat almaq mümkündür.





