Press "Enter" to skip to content

FHN-dən Ağdam ağacəkmə aksiyası

FHN-dən Ağdam ağacəkmə aksiyası

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Ağdam şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Regional Mərkəzin rəisi polkovnik Mirəli Feyziyev və Mərkəzin şəxsi heyətinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən ağacəkmə aksiyası Ağdam Sənaye Parkı ərazisində təşkil olunub. Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi olub”.

Ağacəkmə aksiyası çərçivəsində Park ərazisində 100-dən artıq eldar şamı əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Mission News Theme by Compete Themes.