Press "Enter" to skip to content

Jalə Teymurlu: Bu tədbirlər vətəndaş cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb edir

Jalə Teymurlu (sağda) iştirakçı sertifikatını alarkən

BAYRAQDAR MEDİA – “18-19 oktyabr tarixlərində Şuşada keçirilən QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı və oktyabrın 20-də Xankəndidə keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu vətəndaş cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın daha da güclənməsinə, həmçinin qarşılıqlı təcrübə və ideya mübadiləsinə geniş imkan yaradır”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “İnci”Məcburi Köçkün Qadınlar İctimai Birliyinin sədri Jalə Teymurlu deyib.

Onun sözlərinə görə, xüsusilə, Şuşa və Xankəndi kimi şəhərlərdə belə tədbirləri təşkili Azərbaycan QHT-lərinin azad Qarabağda formalaşan yeni ictimai mühitdə fəal iştirakını nümayiş etdirir: “Biz də bu prosesin bir hissəsi olmaqdan qürur duyuruq”.

İctimai Birlik sədri qeyd edib ki, Şuşada keçirilən mübadilə proqramı QHT-lərə qrant layihələrinin hazırlanması, layihə idarəetməsi və beynəlxalq standartlara uyğun hesabatlılıq sahəsində praktik biliklər əldə edilməsində mühüm dəstək olub: “O baxımdan ki, təlimçilərin təqdimatları sayəsində biz yeni yanaşmalar, innovativ ideyalar və daha səmərəli fəaliyyət üsullarına dair əlavə bilgilər əldə etdik. Təbii ki, bu da bizə gələcək fəaliyyətlərimizdə yardımçı olacaq”.

Açıqlamasında tədbirlərin təşkili, həmçinin QHT təmsilçilərinə göstərilən yüksək diqqət və qayğıya görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq edən Jalə Teymurlu əlavə edib ki, bu cür proqramlar və forumlar Azərbaycanda vətəndaş cəmiyyətinin daha da güclənməsi, sosial təşəbbüslərin genişlənməsi, dövlət və QHT-lər arasında əməkdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

Mission News Theme by Compete Themes.