BAYRAQDAR MEDİA – Hazırda ölkə üzrə 120-dən çox müasir standartlara cavab verən və baytar mütəxəssislərin daimi nəzarəti altında olan heyvan kəsimi məntəqələri fəaliyyət göstərir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “mövcud infrastruktur ölkənin ət və ət məhsullarına olan tələbatını tam qarşılayır. Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindən kənarlaşdırılır. Kəsimdən sonra cəmdəklərə baytarlıq-sanitariya ekspertizası aparılır və soyudularaq saxlanılır. Daha sonra ətin üzərinə rəsmi baytarlıq möhürü vurulur və müşayiətedici sənədlərlə ticarət şəbəkələrinə göndərilir”.
AQTA vətəndaşlara yalnız kəsim məntəqələrində kəsilmiş və ixtisaslaşmış ət satış məntəqələrindən ət məhsulları almağı tövsiyə edir.
Vurğulanıb ki, ət alarkən rəsmi baytarlıq möhürünə diqqət yetirilməli və satıcıdan baytarlıq sənədləri tələb edilməlidir.





