BAYRAQDAR MEDİA – “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezidentin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirlərini davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirlər çərçivəsində bu ilin əvvəlindən 22 oktyabr tarixinədək olan dövr ərzində ölkə üzrə 4 min 652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib. Monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb. Bundan başqa, 1 min 244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1 min 277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib. Bununla bağlı icrası məcburi göstərişlər verilib”.





