BAYRAQDAR MEDİA – Brüsseldə keçirilən Avropa Birliyi liderlərinin toplantısı öncəsi açıqlama verən Baş nazir Rosen Jelyazkov maraqlı məqama toxunub.
Radio Bolqarıstanın məlumatında görə, Baş nazir bildirib ki, ABŞ-ın Rusiya şirkətləri “Rosneft” və “Lukoil”ə tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq, Bolqarıstanın “Lukoil Neftohim” neft emalı zavodu ilə bağlı qərar verməsi üçün 21 noyabra qədər bir ay vaxtı var.
Baş nazir vurğulayıb ki, Burgasdakı zavod Rusiya nefti ilə işləmədiyindən, bu sanksiyalar neft məhsullarının istehsalına və tədarükünə təsir göstərməyəcək. Bununla belə, müəssisənin rus mülkiyyətində olması səbəbindən əməliyyatlarda və SWIFT sistemindən istifadə zamanı çətinliklərin yaranma ehtimalı mövcuddur.





