Press "Enter" to skip to content

Emin Mehdizadə: Belə proqramlar QHT-lərin inkişafında mühüm rol oynayır

Emin Mehdizadəyə sertifikat təqdim edilərkən

BAYRAQDAR MEDİA – “Şuşada keçirilən proqram həm peşəkar, həm də mənəvi baxımdan çox dəyərli təcrübə oldu. Biz yalnız layihələrin idarə olunması ilə bağlı yeni biliklər qazanmadıq, eyni zamanda ölkənin müxtəlif bölgələrindən gələn həmkarlarımızla təcrübə mübadiləsi apardıq”.

Bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı”nın iştirakçısı “Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım” İctimai Birliyini layihələrin idarə edilməsi departamentinin direktoru Emin Mehdizadə deyib.

O, qeyd edib ki, belə proqramlar QHT-lərin inkişafında mühüm rol oynayır və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə real töhfə verir: “Proqram çərçivəsində iştirakçılar layihələrin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər aktual mövzularda praktik tapşırıqlarla biliklərini dərinləşdirdilər”.

E.Mehdizadə əlavə edib ki, “Mərhəmət Ocağı Qadın və Uşaqların Sosial İnkişafına Yardım” İctimai Birliyi bundan sonra QHT sektorunun inkişafı, qadınların və uşaqların sosial rifahının yaxşılaşdırılması istiqamətində öz fəaliyyətini daha da gücləndirəcək:“Biz bu cür proqramlardan qazandığımız bilikləri gələcək layihələrdə tətbiq etməyə və ictimai faydalı təşəbbüslərin sayını artırmağa çalışacağıq”.

Mission News Theme by Compete Themes.