Press "Enter" to skip to content

Görkəmli dövlət xadiminin yubileyi qeyd edilib

Görkəmli dövlət xadiminin yubileyi qeyd edilib

BAYRAQDAR MEDİA – Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənovun 85 illik yubileyi qeyd olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə mədəniyyət naziri Adil Kərimli, Prezident Administrasiyasının Humanitar siyasət, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, həmçinin dövlət və ictimai xadimlər iştirak ediblər. Mərasimdə çıxış edən millət vəkili, filologiya elmləri doktoru, Prof. Rafael Hüseynov H.Həsənovun dövlətçilik, elm və mədəniyyət sahəsində çoxşaxəli xidmətlərini vurğulayıb”.

Sonra xəbərdə, “tədbir çərçivəsində yubilyarın müəllifi olduğu “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə və onun oğlu Rəşidin həyatına həsr olunan əsər maarifçilik ideyalarını və milli düşüncəni səhnəyə gətirir. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Səhnə əsərində Xalq artistləri Əli Nur, Laləzar Mustafayeva, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Cəbrayılov, Vəfa Rzayeva, aktyorlar Rüstəm RüstəmovElçin Əfəndi çıxış edirlər” deyə bildirilir.

Mission News Theme by Compete Themes.