BAYRAQDAR MEDİA – Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, TDT Baş katibinin müavini Merey Mukazhan təşkilata üzv dövlətlər arasında ortaq tarixi və mədəni dəyərlərin tərəfdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulayıb: “Yaşıl texnologiyaların inkişafının və bu sahədə transformasiyanın sürətləndirilməsinin regionun davamlı inkişafında mühüm rol oynadığnı nəzərə çatdırıb, qarşılıqlı fəaliyyətin gücləndirilməsində İşçi qrupun iclasının mühüm rol oynayacağına əminliyini ifadə edib. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə işçi qrupununTürk dünyası üzrə əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin müzakirəsi üçün yaxşıplatforma olduğunu vurğulayıb. Fəaliyyət Planının icrası çərçivəsində üzv və müşahidəçi ölkələr arasında institusional əlaqələrin daha da gücləndiyi, bilik və təcrübə mübadiləsinin genişləndiyi qeyd olunub. Azərbaycanın türk dövlətləri ilə əlaqələrə böyük önəm verdiyi, tədbirin sənaye, təhsil, innovasiya, texnologiya, investisiya, kiçik və orta sahibkarlığın inkişafı və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb”.
Məlumata əsasən, iclasda Fəaliyyət Planının icrası ilə bağlı məsələlər müzakirə olunub: “Müzakirələrdə sənaye istehsalında süni intellekt və rəqəmsal transformasiya, innovasiya ekosisteminin gücləndirilməsi üzrə proqramların icrası, investisiya, kiçik və orta sahibkarlığın (KOB) təşviqiməsələləri diqqət mərkəzində olub. Elmi tədqiqat və təqaüd proqramlarının təşkili, elmi-texnoloji əməkdaşlığı təşviq edəninstitusional dəstək mexanizmləri, həmçinin metrologiya, qida təhlükəsizliyi üzrə infrastrukturun inkişafı, standartlaşdırma, əqli mülkiyyət sahəsində əməkdaşlıq, kosmik texnologiyaların istehsalı və inkişafı sahəsində birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. İşçi qrupun gələcək fəaliyyətinə dair atılacaq addımlar müzakirə edilib. İclası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub”.





