Press "Enter" to skip to content

KKTC-də mühüm gün

KKTC

BAYRAQDAR MEDİA – Oktyabrın 24-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) 6-cı Cümhurbaşqanı seçilən Tufan Erhürman parlamentdə and içərək vəzifəsinin icrasına başlayacaq.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, T.Erhürman əvvəlcə Lefkoşada yerləşən abidələrə əklil qoyacaq, daha sonra Prezident Administrasiyasında vəzifə təhvil-təslim mərasimi keçiriləcək: “Türkiyə Cümhuriyyəti Cümhurbaşqanının yardımçısı Cevdet Yılmaz da bu mərasimlərdə iştirak edəcək”.
Məlumata görə, parlamentin ümumi iclası andiçmə mərasimi üçün səhər saat 09:30-da Ziya Öztürklerin sədrliyi ilə fövqəladə şəkildə toplanacaq: “T.Erhürman daha sonra Lefkoşa Atatürk Abidəsi, Kıbrıs türk xalqının azadlıq mübarizəsinin lideri Dr. Fazıl Kiçik və qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın məzarlarını ziyarət edərək əklil qoyacaq”.

Qeyd edək ki, Tufan Erhürmana seçkilərdə qələbə qazandığına dair vəsiqə bazar ertəsi günü Ali Seçki Komissiyasının sədri Bertan Özerdaq tərəfindən təqdim edilmişdi.

Mission News Theme by Compete Themes.