Press "Enter" to skip to content

Nəticələr 2026-cı ilin I rübü ərzində elan olunacaq

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müsabiqələrinə müraciət edən qeyri-hökumət təşkilatlarının sayı açıqlanıb

BAYRAQDAR MEDİA – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri və Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə QHT-lərdən layihələrin qəbulu 2025-ci il oktyabrın 22-də başa çatıb.

Bu barədə Agentliyin məlumatında qeyd edilib.

Məlumata görə, elan edilmiş müsabiqələr üzrə ümumilikdə 980 QHT müvafiq elektron sistem üzrə sənədlərini yerləşdirməyə başlayıb, lakin onlardan 759-u proseduru sona qədər uğurla tamamlayaraq layihələrini sistemə yükləyiblər: “Daxil olmuş 759 QHT layihəsindən 695-i Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələri üzrədir: Böyük qrant: 64, Orta qrant: 152 və Kiçik qrant: 479”.

Məlumatda deyilir ki, Agentliyin bp ilə birgə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrinə isə 64 QHT layihəsi daxil olub: “Böyük qrant: 11, Orta qrant: 18 və Kiçik qrant: 35. QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin texniki seleksiyasına başlanılıb. Ekspertiza mərhələsindən sonra layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2026-cı ilin I rübü ərzində elan olunacaq”.

Mission News Theme by Compete Themes.