BAYRAQDAR MEDİA – Türkiyənin Bağdad səfiri Anıl Bora İnan müşayiət heyəti ilə birlikdə İraq Türkmən Cəbhəsinin (ITC) Ərbil vilayət rəhbərliyini ziyarət edib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Məlumata görə, səfir İnan və heyəti ITC-nin başqanı və Birləşmiş İraq Türkmənləri Cəbhəsi Siyahısının rəhbəri Mehmet Seman Ağa tərəfindən qarşılanıb: “Görüşdə ITC Siyasi Büro üzvü Aydın Maruf, ITC Ərbil Vilayət sədri Emir İzzət, ITC Kifri sədri Sezgin Muslih və ITC Zaxo ofisinin rəhbəri də iştirak ediblər. Ziyarət zamanı iki qardaş ölkə arasındakı ortaq məsələlər müzakirə olunub, TİKA vasitəsilə türkmən qurumlarına və layihələrinə göstəriləcək dəstək imkanları nəzərdən keçirilib. Həmçinin bu əməkdaşlıqların türkmən toplumunun mədəni, təhsil və ictimai sahələrdəki potensialını gücləndirəcəyi vurğulanıb”.





