BAYRAQDAR MEDİA – Mustafa Kemal Atatürkün “fikirlərimin atası” adlandırdığı, türkçülük ideyasının aparıcı nümayəndəsi, yazıçı, şair, siyasətçi və Türkiyədə sosiologiyanın qurucusu Ziya Gökalp, vəfatının 101-ci ildönümündə məzarı başında yad ediləcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, böyük mütəfəkkir Ziya Gökalp oktyabrın 25-də İstanbul Fatihdəki məzarlığında keçiriləcək mərasimlə anılacaq: “Tədbir Mefkûrə Məktəbi, Krım Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi İstanbul Şöbəsi, Milliyyətçi Akademiklər Dərnəyi, Milliyyətçi Həkimlər Dərnəyi, Aydınlar Ocağı, İraq Türkləri Mədəniyyət və Yardımlaşma Dərnəyi, Suriya Türkmən Dərnəkləri Federasiyası və Rumeli-Balkan Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Saat 15:00-da başlayacaq mərasimdə Gökalpin ruhuna dualar oxunacaq”.





