Press "Enter" to skip to content

Azərbaycan Pakistanda Regional Nəqliyyat Nazirləri Konfransında

Azərbaycan Pakistanda Regional Nəqliyyat Nazirləri Konfransında

Son yeniləmə: 24 Oktyabr 2025

BAYRAQDAR MEDİA – Pakistanın paytaxtı İslamabad şəhərində Regional Nəqliyyat Nazirləri Konfransı keçirilir. 27 ölkənin iştirak etdiyi tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov təmsil edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “R.Hümmətov toplantıda çıxış edərək Azərbaycanda və regionda nəqliyyat dəhlizlərinin inkişafı barədə məlumat verib. Bildirib ki, Şərq və Qərb, Şimal və Cənub arasındakı kəsişmə nöqtəsində yerləşən Azərbaycan uzun illərdir Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən mühüm tranzit mərkəzi kimi çıxış edir. Azərbaycan böyük infrastruktur layihələrinə sərmayə yatırıb və multimodal nəqliyyat şəbəkəsi yaradıb. 2024-cü ildə ümumi tranzit həcmi 2019-cu illə müqayisədə 2,5 dəfə artaraq 14,5 milyon tona çatıb və bu yükün təxminən 30 faizi Orta Dəhliz vasitəsilə daşınıb”.

Sonra xəbərdə, “Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan nazir müavini vurğulayıb ki, bu marşrut yalnız Şərq – Qərb istiqamətində deyil, həmçinin Şimal – Cənub və Cənub – Qərb əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır. Dəhliz üzrə ildə 15 milyon ton yükün daşınması gözlənilir. Bu da regional ticarət potensialını böyük ölçüdə artıracaq” deyə bildirilir.

Nəqliyyat Nazirlərinin Regional Konferensiyası çərçivəsində R.Hümmətov bir sıra ikitərəfli görüşlər keçirib. Sözügedən görüşlərdə əməkdaşlıq perspektivləri, eləcə də Azərbaycanda və regionda nəqliyyat sahəsində həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.