Press "Enter" to skip to content

“Eternity – 2025” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”

"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"

Son yeniləmə: 24 Oktyabr 2025

BAYRAQDAR MEDİA – Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyənin Qars vilayətində təşkil olunan üçtərəfli “Eternity-2025” kompüter dəstəkli komanda qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər. Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər”.

Ardınca xəbərdə,“təlimin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib. Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.