Press "Enter" to skip to content

Yaşıllıqların qanunsuz kəsilməsi faktı

Ağacları kəsən şəxs cərimə edilib

Son yeniləmə: 24 Oktyabr 2025

BAYRAQDAR MEDİA – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Göyüş Qarayev küçəsində yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Xidmətdən daxil olub.

Xəbərdə deyilir ki, “araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 7 min 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

Mission News Theme by Compete Themes.