Press "Enter" to skip to content

16 növ tərəvəz və meyvədən hazırlanmış tarhana

Tarhana hazırlanarkən

BAYRAQDAR MEDİA – Manisanın Demirci rayonunda şəfa mənbəyi kimi tanınan Demirci tarhanası Türkiyədə sevilir. Artıq bu il də qadınların məharətli əllərində qış mövsümü üçün hazırlanır.

Bu barədə haberaydin.com saytı məlumat yayıb.

Məlumata əsasən, qış aylarının əvəzsiz yeməyi olan tarhana Demircidə 16 növ tərəvəz və meyvə ilə, birgə əmək üsulu ilə hazırlanır: “Rayonun Akdere məhəlləsində qadınlar qış fəsli yaxınlaşdıqca qış üçün istifadə olunacaq məhsulları birlikdə hazırlayırlar. Qırmızı bibər, pomidor, noxud, lobya ilə yanaşı sarımsaq, soğan, kartof, badımcan, balqabaq, alıç, itburnu, qızılcık, heyva, alma, nanə və cəfəri kimi 16 növ meyvə və tərəvəzdən istifadə edilən tarhananın qarışığı odun sobasında bişirilir.Bir gün gözlədildikdən sonra bu qarışıq 16 gün boyunca hər gün yoğrulur. 16-cı günün sonunda qarışıq hissələrə ayrılaraq parçalar üzərinə sərilir və qurumağa buraxılır. Qurudulan tarhanalar ovulub ələkdən keçirilir və bir müddət saxlandıqdan sonra istifadəyə hazır olur”.

Mission News Theme by Compete Themes.