Press "Enter" to skip to content

2025-ci ildə 51 qadında xərçəng riski aşkarlanıb

Nigar Rüstəmli

Nigar Rüstəmli: 11 rayon üzrə nəticələrin təhlili aparılıb

BAYRAQDAR MEDİA – “TƏBİB-in həyata keçirdiyi qeyri-infeksion xəstəliklərin profilaktikası ilə bağlı layihə çərçivəsində 22 rayonda paralel olaraq 2 istiqamət üzrə 2 min 439 qadın mammoqrafiya müayinəsindən keçib. 22 rayondan 11 rayon üzrə nəticələrin təhlili aparılıb”.

BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı şərçivəsində keçirilən “Xərçəngdən güclüsən” adlı tədbirdəki çıxışında TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli deyib.

O, qeyd edib ki, 386 nəfərdə BI-RADS 3 (Böyük ehtimalla xoşxassəlidir (təxminən 98%, 3–6 ay sonra yenidən yoxlanılmalıdır), 51 nəfərdə isə BI-RADS 4 ( Xərçəng riski var. Biopsiya məsləhətdir) aşkarlanıb”.

Mission News Theme by Compete Themes.