Press "Enter" to skip to content

Araz News Radiosu “Azadlıq və ədalət” proqramı ilə efirdə – VİDEO

Araz News Radiosu “Azadlıq və ədalət” proqramı ilə efirdə

BAYRAQDAR MEDİA – Araz News Radiosu “Azadlıq və Ədalət” adlı yeni analitik proqramın yayıma başladığını bildirib. Proqramda İranda insan haqlarının və əsas azadlıqların pozulması halları təhlil olunur.

Xəbəri “ArazNews” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “veriliş vətəndaşların hüquqlarının siyasi, sosial və ictimai sahələrdə pozulmasının müxtəlif tərəflərinə diqqət çəkərək, İran İslam Respublikasının fəaliyyətinin gizli və az işıqlandırılmış yönlərini üzə çıxarmağı hədəfləyir. “Azadlıq və Ədalət” səssizlərin səsini çatdırmaq və analitik, sənədli baxışla İran cəmiyyətinin reallıqlarını əks etdirmək məqsədi daşıyır”.

Qeyd edilib ki, “proqramın aparıcısı Altay Urmuludur və dinləyicilər onu hər şənbə Araz News Radiosu vasitəsilə izləyə bilərlər.

Mission News Theme by Compete Themes.