Press "Enter" to skip to content

Biz artıq güc mərkəzinə çevrilmişik

Ahmet Aydın

Ahmet Aydın: Azərbaycan Türkiyənin Asiya və Orta Asiyaya, Türkiyə isə Azərbaycanın Batıya açılan qapısıdır

BAYRAQDAR MEDİA – “Liderlərimiz arasındakı yaxın münasibətlər iki ölkənin iş dünyasına da müsbət təsir göstərir”.

Bunu Türkiyənin Əmək və Sosial Müdafiə nazirinin müavini Ahmet Aydın deyib.

“Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin təşəbbüsü ilə təşkil edidlən “Türkiyə-Azərbaycan iş dünyasında yeni üfüqlər” adlı tədbirdə çııxş edən nazir müavini maraqlı məqamlara toxunub.

Ahmet Aydın iki qardaş ölkənin əlaqələrinin strateji əhəmiyyət kəsb etdiyini bildirib: “Azərbaycan Türkiyənin Asiya və Orta Asiyaya, Türkiyə isə Azərbaycanın Batıya açılan qapısıdır. İki dövlət, bir millət olaraq biz artıq güc mərkəzinə çevrilmişik və Qarabağ Zəfəri bunun bariz nümunəsidir”.

Mission News Theme by Compete Themes.