Press "Enter" to skip to content

Bu xəstəliklə bağlı maarifləndirmənin rolu böyükdür

ünyada hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir

Qadınlar vaxtında müalicəyə cəlb olunduqda yaşamaq şansı 90-95 faiz artır

BAYRAQDAR MEDİA – “Bu xəstəliklə bağlı maarifləndirmənin rolu böyükdür. Xüsusilə də süd vəzi xərçəngi ilə bağlı qadınların maariflənməsi vacibdir. Bakıda bu əlçatan olsa da, bölgələrdə də təbliğat önəmlidir”.

Bunu Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı şərçivəsində keçirilən “Xərçəngdən güclüsən” adlı tədbirdəki çıxışında TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov deyib. O, qeyd edib ki, hazırda bölgələrdə süd vəzi xərçəngi ilə bağlı müayinələr keçirilir.Müayinələrin nəticləri ilin sonuna qədər açıqlanacaq.

Anar İsrafilovun sözlərinə görə, maarifləndirmə tədbirləri Qarabağda da həyata keçirilir: “Çünki orada canlanan həyat sağlam təməl ilə ayağa qalxmalıdır”.

Direktor müavini onu da əlavə edib ki, dünyada hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir: “Bu xəstəliyi vaxtında aşkar etmək və müalicə aparmaq üçün 40-69 yaşlı bütün qadınlar iki ildən bir müayinədən keçməlidirlər. Risk qrupuna aid olanlar isə ildə bir dəfə müalicədən keçməlidirlər: “Dünyada hər 8 qadından 1-i süd vəzi xərçəngindən əziyyət çəkir. ÜST-ün də məlumatlarına əsasən, qadınlar vaxtında müalicəyə cəlb olunduqda yaşamaq şansı 90-95 faiz artır”.

Mission News Theme by Compete Themes.