Press "Enter" to skip to content

Çıntarın qiyməti əl yandırır

Çıntar göbələyi

BAYRAQDAR MEDİA – Muğlanın Menteşe rayonunda çıntar mövsümü başlayıb. Meşəlik ərazilərdə yağışlardan sonra bitən çıntar göbələyi cümə axşamı bazarında tezgahlarda yerini alıb və bir kiloqramının qiyməti 500 lirəyədək yüksəlib.

Bu barədə haberaydin.com saytı məlumat yayıb.

Məlumata görə, Egey bölgəsinin ən sevilən payız ləzzətlərindən biri olan çıntar artıq bazarda satılır: “Qiyməti 500 lirəyə qədər yüksələn çıntar bahalığına baxmayaraq alıcıların marağına səbəb olur. Satıcı Əmrə Çimən qiymətlərin yüksək olmasını artan nəqliyyat və yanacaq xərcləri ilə əlaqələndirib. O, “getdiyimiz yerlər uzaq bölgələrdədir. Benzin və yol xərclərini nəzərə alınca ancaq bu qiymətə sata bilirik. İlk məhsul olduğu üçün qiymətlər bu səviyyədədir,” – deyib”.

Mission News Theme by Compete Themes.